Zahid Oruc hökumət üzvlərindən vətəndaşlar qarşısına çıxmağı tələb etdi

  • By admin
  • 06 Dekabr 2016 17:35
Zahid Oruj
Manat bu gün Azərbaycanın siyasi, iqtisadi sabitliyinin simvoludur.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Zahid  Oruc  parlamentdə büdcə müzakirələri zamanı deyib.
 Onun sözlərinə görə, bu gün iqtisadi böhran və ölkədə iki dəfə devalavasiya yaşansa da, hökumət nümayəndələrini  ekranlarda görmək olmur.
“Axı, 3-5 ekspertlə cəmiyyətdəki informasiya vaakumunu doldurmaq mümkün deyil?! Proses davam etdikcə, cəmiyyətdə əlavə dedi-qodulara yol açır. Ona görə hökumət üzvləri ekranlara çıxıb vətəndaşları ölkənin üzləşdiyi vəziyyətlə bağlı məlumatlandırmalıdır”- deyə, millət vəkili vurğulayıb.
Sonra bank sektorunda yaranmış vəziyyətə toxunan millət vəkili bildirib ki, bu sektor cəmiyyətin əsas qan-damar sistemidir və cəmiyyətin gələcəyi, yaşaması bu sistemin necə işləməsində asılıdır.
“Ancaq bu gün nəyin şahidi oluruq?  Bank sektorunda yaranmış böhran nəticəsində 200 min insanla  məhkəmə üz-üzədir və bu gərgin proses davam etməkdədir. Burada artıq spekulyasiya amilləri görülməkdədir. Odur ki, bu sahəyə ciddi diqqət ayırıb vəziyyəti sabitləşdirmək lazımdır. Bu gün manat bir əmtəə vasitəsidir.Azərbaycan vətəndaşının psixologiyasında  bir şey hək olunub ki, manat sabitdirsə, hər şey yaxşıdır.  Çünki Azərbaycan vətəndaşı manatın sabitliyini siyasi, iqtisadi sabitlyin təminatçısı kimi görür. Ola bilər ki, başqa ölkədə məsələyə başqa cür baxılır. Lakin Azərbaycanda  düşüncə fərqlidir və ona görə də  hökumət mantın sabitləşməsi istiqamətində ciddi addımlar atıb, onun sabitliyini təmin etməlidir. Bank sektoru sağlamlaşdırılmalıdır”- deyə, millət vəkili bildirib.
Mürtəza 
Gununsesi.info