Azərbaycan Alxanlı kəndində atəş nöqtələrinin olmadığını SÜBUT ETDİ

  • By admin
  • 06 İyul 2017 20:30

8f52551e82a18fb0ac11c43348f308ea
İyulun 6-da Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin (KİV) Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində iki dinc kənd sakininin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil edilib. Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu ərazidə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar.
Bu fakt bir daha təsdiq edir ki, Ermənistan silahlı bölmələrinin əsas hədəfi dinc Azərbaycan əhalisi olub. Ermənistan tərəfinin kənd ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumat dezinformasiya və yalandır.

Gununsesi.info