“Azərbaycan bayrağına toxunanın ciyərini sökərəm” - MÜBARİZ MƏNSİMOVDAN SƏRT ETİRAZ

  • By admin
  • 24 İyul 2017 17:17

MUBARİZ

Türkiyənin Bodrum şəhərində Azərbaycanlı iş adamı Mübariz Mənsimovu əsəbləşdirən xoşagəlməz olay yaşanıb. Gununsesi.info-nun xəbərinə görə, bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Palmarina” istirahət mərkəzini idarə edən şəxslər orada Azərbaycan rəmzlərini siliblər. Belə ki, istirahət mərkəzinin girişində Azərbaycan bayrağının həkk olunduğu Bakının simvolu asılıb. Ən təəccüblü məqam isə burasındadır ki, bu loqonu sökən şəxslərin Azərbaycan vətəndaşları olduğu deyilir.

Olaydan xəbər tutan Mübariz Mənsimov isə  şəxsi “İnstagram” hesabında sərt təpki göstərib. O,  “Azərbaycan bayrağına hörmətsizlik edənin ciyərini sökərəm” sözlərini yazaraq, etirazını bildirib. 

esin-ovet-1064-400x400

Bu arada isə Türkiyənin “Haberturk.com” saytının yazarı Esin Övet adıçəkilən istirahət mərkəzi ilə bağlı özünün və Mübariz Mənsimovun fikirlərini yazıb.

Türkiyəli jurnalist yazır ki, 3 gün əvvəl Bodrumda baş vermiş zəlzələ ilə əlaqədar olan müştərilər də azalıb. Ümumiyyətlə, müştərilərin bu cür istirahət məkanlarından imtina etməsinin səbəbi təkcə zəlzələ deyil, günü-gündən yüksələn qiymətlərdir. Bu məkanlar arasında ən diqqət çəkən istirahət mərkəzi olan “Yalıkavak Marina”da da vəziyyət eynidir. Hətta istirahət mərkəzinin sahibi, əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov belə oraya getmir. Bu uğursuzluğun səbəbi isə müəssisənin idarəsinin iş bacarmayan bir qrupa təhvil verilməsidir ki, Mənsimov özü də nəticədən razı deyil. Lakin Mübariz Mənsimovun istirahət mərkəzini geri alacağı gözlənilir. O, öz sözlərində istirahət mərkəzindəki vəziyyəti yaxşılaşdıracağına söz verib. İş adamının öz dostu Fikret Ormanla əməkdaşlıq edəcəyi bildirilir.

Onu da qeyd edək ki, Mənsimov “Palmarina”nı satdıqdan sonra istirahət mərkəzi ilə bağlı müştərilərin şikayətləri çoxalıb. Mübariz bəy isə məhz buna görə sözügedən istirahət mərkəzini geri almaq qərarına gəlib. O, 2018-ci ildən yenidən “Palmarina”nın sahibi olacaq. Məlumatı Türkiyə mətbuatına açıqlamasında Mənsimovun özü də təsdiqləyib.

Gununsesi.info