Azərbaycan bu il 38 milyon dollarlıq polietilen ixrac edib

  • By admin
  • 16 İyun 2020 18:57

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,9 min ton ilkin formalarda polietilen ixrac edib.

Gununsesi.org-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 38,3 milyon ABŞ dolları təşkil edib.

5 ayda polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,3olub.

Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

Gununsesi.org