Britaniyalı alimlər koronavirusun müalicəsində effektiv nəticə verən dərman tapıb

  • By admin
  • 16 İyun 2020 19:06

Britaniya alimlərinin apardığı tədqiqat nəticəsində kortikosteroid deksametazonun istifadəsinin COVID-19-un mülicəsində effektli təsiri müəyyən edilib.

Bu məqsədlə Böyük Britaniyanın 175 xəstəxanasında 11,5 min xəstənin iştirakı ilə araşdırma aparılıb.

Gununsesi.org TASS-a istinadla  xəbər verir ki, “Deksametazon” infeksiya sonrası ağır tənəffüs ağırlaşmaları olan xəstələr arasında ölümü azaltmağa imkan yaradır.

Tədqiqatın aparıcı professoru Piter Horbinin sözlərinə görə, ucuz dərman olan “Deksametazon” COVİD-19 ağırlaşmalarında ölümü üçdə birə qədər azaldan ilk dərmandır.

 

 

Gununsesi.org