
Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.
Gununsesi.info Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.
Ötən gündən start götürən toplanışa olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi güclü cüdoçuları aparılıb.
Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.
Anar
Gununsesi.info










