“Azərbaycan Dəmir Yolları” : Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

  • Müəllif: admin
  • 06 Oktyabr 2016 13:25

demir-sum

Biləcəri-Keşlə mənzilinin tək yolunda təmas şəbəkəsinin əsaslı təmiri ilə əlaqədar Bakıdan 2016-cı il oktyabrın 8-dən müvəqqəti olaraq Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

Gununsesi.inf0 bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun mətbuata verdiyi məlumata görə,  Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 07:40, 08:35, 09:35, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:40 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:40, 07:30, 07.50, 08:25, 09:25, 10:25, 16:55, 18:35 və 19:30-da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Gununsesi.inf0