Azərbaycan Gürcüstanda  liderliyini əldən vermir

  • Müəllif: admin
  • 05 Dekabr 2017 15:30
Gürcüstana səfər edən xarici turistlərin sayına görə birinci yerdədir. 
Gununsesi.info “sputnik-qruziya”ya istinadən xəbər verir ki,  2017-ci ilin yanvar noyabr ayında  Gürcüstana  7 milyon xarici turist  səfər edib və onların 1,556, 498 nəfəri Azərbaycan vətəndaşı olub. Bu barədə məlumat verən Gürcüstanın milli turizm administrasiyasının rəhbəri Georgiy Çoqavadze deyib ki,  ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 18,4 faiz artıb. Onun sözlərinə görə, Gürcüstana ən çox  turistlər Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İrandan gəlir.
Avropadan Gürcüsana daha çox Böyük Britaniya (+39,7%), Avstriya(+35,6%), Niderland (+32,7%), İspaniya(+30,5%), Fransa(+29,7%), və Almaniyadan (+27,4%)   gəlib. Ölkəyə digər ölkəlrədən də turist axını başlayıb. Ən çox turist axını İordainyadan olub. Belə ki, 2017-ci ildə  İrodaniyadan Gürcüstana gələn turistlərin sayı (+327,2%) artım olub. Səudiyyə Ərəbistanından gələn turistlərin sayında + 165,7%, Küveytdən +152,4%, İrandan +121,1%, Hindistandan +70%, Özbəkistan +57,9%, Çin +53,4%, ABŞ +24,2 % artım olub.
 Georgiy Çoqavadze əlavə edib ki,noyabr ayında ölkəyə 524,1 min turst gəlib. Noyabrda da Gürcüstana səfər edənlərin sayına görə Azərbaycan lider mövqedədir.
Çoqovadze bildirib ki, 2017-ci ilin ilk 6 ayının hesabatına görə,  xarici turstlərdən gələn gəlirlər 658,7 milyon dollar təşkil edib. Bu da ötən illə müqayisədə 143 milyon dollar çoxdur. Ümumlikdə isə ilin sonundək  xarici turistlərdən gələn gəlir 1,1 milyard dollardan çox edəcək ki, bu da ötən illə müqayisədə 225 milyon dollar çoxdur.
Gununsesi.info