Azərbaycan hərbi-siyasi gücünü ən yaxın zamanda qətiyyətlə həm masaya, həm sahəyə qoymalıdır

  • By admin
  • 08 Mart 2023 09:46

Bizim isə edəcəyimiz çox işlər var ki, müharibə bitəndən bu günədək Rusiya açıq şəkildə bu işləri dondurmaqla məşğuldur. Rusiyanın marağı gizli deyil və Cənubi Qafqaz siyasəti haqqında rus şərhçilər əvvəllər üstüörtülü şəkildə danışırdılarsa, indi “Qarabağ açarı”nın Rusiya üçün məhz bu coğrafiyada qalma səbəbi olduğunu açıq bildirirlər. “Baş moderator rolunu saxlamaq Moskvanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması demək olar ki, avtomatik olaraq hərbi bazanın Gümrüdən çıxarılmasına gətirib çıxaracaq”. Ermənilərin Moskvada neçə illərdir mətbuat ayağı olan Markedonovun dünən yayılmış bu fikirləri tam çılpaqlığı ilə deyir ki, Azərbaycan Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa edib, Rusiya hərbi kontingentini yola salandan sonra, 200 illik “ навеки вместе”-yə ilk son verən ermənilər olacaq və Rusiyanın hərbi bazasından tutmuş səfirliyinədək hamısını Ermənistandan qovacaq. Məhz buna görə də, Moskva “Ermənistanla Azərbaycan arasında final seçimi”etməkdən yayınır. Bu “final seçimi” nin fitini Rusiya vermək istəmir və bu Ermənistanı da qane edir.

Deməli, yük bizə düşür. Azərbaycan hərbi-siyasi gücünü ən yaxın zamanda qətiyyətlə həm masaya, həm sahəyə qoymalı və ərazi bütövlüyümüz tam, de-fakto təmin olunmalıdır.

Necə?

İlham İsmayıl

Ekspert