Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu - MEDAL SIRALAMASI

  • By admin
  • 22 May 2017 17:14

islam_oyunlari_medal_070417

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman yarışları başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub – 75 qızıl, 50 gümüş, 37 bürünc medal.

71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

Medalların ümumi sayına görə isə Türkiyə ilk yerdədir – 195 medal. Azərbaycan 162, İran idmançıları isə 98 medal qazanıb.

Ümumilikdə 40 ölkə müxtəlif əyarlı medallar əldə edib, 14 ölkə isə yarışları medalsız başa vurub.

Qeyd edək ki, bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Gununsesi.info