Tramp İsraildən İrana səsləndi - “YETƏR TERRORİSTLƏRİ DƏSTƏKLƏDİN"

  • By admin
  • 22 May 2017 17:20

trampp

ABŞ prezidenti Donald Trampın İsrailə səfəri başlayıb.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, İsrailə səfər edən Tramp İsrail prezidenti Reuven Rivlinlə görüşündə İrana növbəti xəbərdarlığını edib.

“Tehran təcili olaraq terroristləri və yaraqlıları təchiz etməyi, təlim keçməyi və maliyyələşdirməni dayandırmalıdır”, deyə ABŞ prezidenti qeyd edib.

Tramp həmçinin, İranın nüvə silahına sahib olmasının əleyhinə çıxaraq deyib ki, buna imkan vermək olmaz: “Ən əsası odur ki, ABŞ və İsrail İranın heç bir zaman nüvə silahını əldə etməsinə imkan verməyəcəklərini birgə bəyan edir. İran eyni zamanda, insan ölümünə yol açan terrorçuları və döyüşçüləri maliyyələşdirməni, onları təchiz etməyi, təlim keçməsini təcili olaraq dayandırmalıdır”.

Gununsesi.info