Azərbaycan komandası tarixi uğura imza atdı

  • By admin
  • 18 Sentyabr 2022 20:06

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Gununsesi.info-nun xəbərinə görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv 3 lent və 2 topıla hərəktlərdə 30.750 xal qazanıb.

Qrup komandası bu nəticə ilə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir.

Gununsesi.info