“Azərbaycan müharibə iştirakçılarını itirib” -Elçin Quliyev

  • By admin
  • 01 Dekabr 2021 15:03
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik helikopter qəzasında şəhid olanlarla vida mərasimində çıxış edib.
Elçin Quliyev bildirib ki, Azərbaycan müharibə iştirakçılarını itirib:
“Pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov. Hansı ki, hələ Birinci Qarabağ müharibəsində iştirak edib”.
DSX rəisi bildirib ki, helikopter tamamilə yeni helikopterdir: ““Qara qutu” tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.
“Vətən sağ olsun. Mən şəhid olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Qeyd edək ki, dünənki helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Gununsesi.info