“Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı”- Yaralı hərbiçilərimiz danışdı-Video

  • By admin
  • 01 Dekabr 2021 15:08

“Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil”.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilərdən biri – polkovnik-leytenant Emil Cəfərov “REAL TV”yə müsahibəsində deyib.

“Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin girişi yanında idim. Heç bir şübhəli məqam yox idi.

Helikopterlərin hamısı təzədir. Hər bir şeyi yoxlanılmışdı. O an mənim üçün saniyələr idi.  Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə, külək günortadan sonra olmalı idi”, – deyə Cəfərov bildirib.

 

Gununsesi.info