Azərbaycan nefti 9 dollara yaxın ucuzlaşdı

  • By admin
  • 11 Mart 2022 10:16

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,7% və ya 8,56 dollar azalaraq 118,56 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Gununsesi.info