
Azərbaycan Paralimpiya lisenziyalarından rəsmən imtina edib.
Bu haqda Gununsesi.info-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə,İdman Arbetraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq, digər ölkələrə paylanılması və Azərbaycana da bundan 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilən, Gənclər və İdman Nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmayıb. Belə ki, lisenziyaılar Gənclər və İdman Nazirliyi tərəfindən qəbul edilməyib: “Paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib. Paralimpiyaçılarımız özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıblar.
Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıblar.
Gülnaz Qənbərli
Gununsesi.info









