“Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur” - BAŞ NAZİR BEATA ŞİDLO

  • By admin
  • 28 İyun 2017 17:10

president_shidlo_gorush_280617_1

Regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur.

Gununsesi.info-nun məlumatına görə, bunu Polşanın Baş naziri xanım Beata Şidlo Azərbaycan Prezidenti İlham Əliyevlə Varşavada görüşü zamanı deyib.

Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Polşanın Baş naziri səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını deyib.

Baş nazir bildirib ki, Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar:

“Hökumətlərarası komissiyanın işinin daha da fəallaşdırılması əlaqələrin inkişafında önəmlidir. Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir”.

Baş nazir Azərbaycanın balanslı siyasət həyata keçirdiyini bildirərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğulayıb, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd edib.

Gununsesi.info