Azərbaycan səfiri İsraildə işə başladı

  • By admin
  • 28 Fevral 2023 21:46

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov fəaliyyətə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat yayıb.

Diplomat paylaşımı ilə İsraili salamlayıb: “Şalom, İsrail!”

Xatırladaq ki, yanvarın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gununsesi.info