Azərbaycan sənayesinin qeyri-neft sektorunda məhsul istehsalı ötən il 12,5% artıb

  • By admin
  • 13 Yanvar 2021 16:02

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ildə 37 058,9 mln. manatlıq və ya 2019-cu ilin göstəricisi ilə müqayisədə 5% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən  Gununsesi.org-a verilən məlumata görə, hesabat dövrü sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5% artaraq, 11 681 mln. manat təşkil edib.

 Gununsesi.org