Azərbaycan sərhədini pozan erməni hərbçilər həbs edildi

  • By admin
  • 28 May 2023 17:05

Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədinin pozulması və digər qanunsuz hərəkətlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Gununsesi.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu – Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşoti təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 

Gununsesi.info