
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün, “Bakcell Arena”da Azərbaycan-San Marino oyunu keçiriləcək.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, görüşü monteneqrolu hakimlər briqadası idarə edəcək.
Belə ki, oyunun baş hakimi Nikola Dabanovic olacaq. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Anar
Gununsesi.info










