Azərbaycan seçkiləri müşahidə etmək üçün ATƏT-ə dəvət göndərib

  • By admin
  • 12 Fevral 2018 21:10


Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

Gununsesi.info-ya  bu barədə ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Gununsesi.info