Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

  • By admin
  • 25 Aprel 2021 22:17

Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Gununsesi.infonun məlumatına görə, o, bu uğura İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gələrək nail olub.

Bu, Azərbaycanın ümumilikdə 20-ci olimpiya lisenziyası olub.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabrda gerçəkləşməlidir.

Gununsesi.info