Azərbaycan-Türkiyə birgə təlimlərindən görüntülər - VİDEO

  • By admin
  • 30 İyul 2020 16:38

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Gununsesi.info Azərbaydan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır. Təlimlərin 10 avqusta kimi davam edəcəyi planlaşdırılır.

Bununla yanaşı, Türkiyənin Müdafiə Nazirliyinin rəsmi tvitter səhifəsi də hərbi təlimlərə aid videogörüntüləri paylaşıb:

 

 

 

Gununsesi.info