Allahşükür Paşazadədən çevriliş gecəsi ilə bağlı ŞOK TƏKLİF – 250 nəfər və təyyarə

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 22:39

İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı maraqlı paylaşım edib.

Gununsesi.info  xəbər verir verir ki, bu barədə İlahiyyatçı Türkiyədə yayımlanan “Asırlık Gece” sənədli filminin 6-cı hissəsindəki bir epizoda diqqət çəkib.

Filmdə Türkiyənin Dini İşlər İdarəsinin keçmiş rəhbəri, professor Mehmet Görməz 15 iyul çevriliş cəhdi gecəsi Şeyxülislamın ona kömək etmək üçün özəl təyyarəsini göndərmək istədiyini bildirib:

“O gecə “mənim özəl uçağım var, 250 igidi doldurub gətirsəm, işə yarayarmı?” dedi”.

Elşad Miri bu faktı şərh edərək bunları yazıb:

“Həqiqətən Şeyxülislamın çox gözəl ürəyi var imiş. Bu videoya baxandan sonra bir daha Şeyxə qarşı haqsızlıq etdiyimizi başa düşdüm. Türkiyənin “Asırlık Gece” sənədli filminin 6-cı hissəsində Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri olan professor Mehmet Görməz çevriliş günü Şeyxülislamın özəl təyyarəsini göndərmək istəməyindən danışıb. Bundan təsirlənməmək mümkün deyil. Var olsun. Özəl təyyarəsinin olduğunu bilmirdim. Buna da çox sevindim. Şeyxülislam olanda nə olar ki…”. (savashmedia.az)

Gununsesi.info