Azərbaycan-Türkiyə görüşündə iki set başa çatdı – Yeniləndi

  • By admin
  • 01 Oktyabr 2017 17:31

turkiye-voleybol (1)
16:34

Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilir.

Axar.az xəbər verir ki, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxır.

Qızıl medal uğrunda görüşdə isə Serbiya və Niderland milliləri üz-üzə gələcəklər.

17:09

Maraqlı idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gəlib.

Komandaların yüksək əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Beləliklə, ümumi hesab bərabərləşib – 1:1.

 

Gununsesi.info