Azərbaycan-Türkiyə-Gürcüstan rəsmiləri GÖRÜŞDÜ

  • Müəllif: admin
  • 28 Fevral 2018 16:56
Ankarada səfərdə olan Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri  Türkiyənin Baş naziri Binəli Yıldırmla görüşüblər. Bu barədə Gununsesi.info-ya Milli Məclisin Beynəxalq münasibətlər və parlamentlərarası komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
 Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin  xarici əlaqələrlə bağlı komitə üzvlərinin üçtərəfli formatda görüşü olub. Səfər çərçivəsində  parlamentarilər bir sıra rəsmi şəxslərlə görüşüb. Deputatlar Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşərək, üçtərəfli əmədaşlıq formatının gələcək perspektivləri, bölgədə həyata keçirilən birgə layihələr, bölgəmizi narahat edən məsələlər ətrafına fikir mübadiləsi aparılıb.  Görüşdə üç ölkənin parlamentləri səviyyəsində əməkdaşlığın inkişaf etməsi  əlaqələrin daha da möhkəmlənməsinə və dərinləşməsində xidmət edəcəyi  xüsusi ilə qeyd olunub.
O əlavə edib ki, azərbaycan və gürcüstanlı parlamentarilər Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Karamanla görüşüblər  və  bu görüşdə də parlamentlərarası əlaqələrin inkişaf  etdirilməsinin ölkələrimiz arasındakı əməkdaşlığa öz töhvəsini verəcəyi vurğulanıb.  
 Qeyd edək ki, səfər çərçivəsində parlamentarilər Mustafa Kamal Atatürkün anım məzarını, həmçinin Ankaradakı Xocalı abidəsi ziyarət ediblər.
Mürtəza
Gununsesi.info