Azərbaycan Türkiyəyə vizanı qaldıracaqmı? - ÇAĞIRIŞ

  • By admin
  • 09 İyul 2018 00:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir.

Xatırladaq ki, qardaş ölkənin istər prezidentləri, istərsə də baş nazirlərinin ölkəmizə səfəri zamanı hər dəfə bir sual orataya çıxır: Azərbaycan Türkiyəyə vizanı qaldracaqmı? 

Tanınmış ictimai xadim Azər Həsrət Gununsesi.info-ya bu məsələdən danışıb. 

Azərbaycan və Türkiyənin iki qardaş dövlət olmasının dünyaya da sirr olmadığını vurğulayan Azər Həsrətin sözlərinə görə, buna baxmayaraq, bəzi həəlini gözləyən məsələlər var: “Bunlardan da biri iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişidir. Biz bir-birimizə o qədər yaxın dövlətlərik ki, ümumiyyətlə, iki ölkənin vətəndaşlarının səfərlərində hər hansı bir problem yaranmamalıdır. Mən düşünürəm ki, bir-birimizə getmək-gəlmək üçün hətta pasporta da ehtiyac olmamalıdır. Şəxsiyyət vəsiqəsi kifayyət edir ki, asanlıqla bu səfərlər olsun. İndi Türkiyə tərəfi Azərbaycan vətəndaşları üçün bir aylıq vizasız gedişə izn verir. Azərbaycan da bunu etməlidir”. 

Azər Həsrətin fikrincə, Ərdoğanın Bakı səfərində bu məsələyə toxunulacaq: “Türkiyə bunu bizdən gözləyir. Hesab edirəm ki, iki ölkənin inteqrasiyasına maneçilik törədən bütün maneələr aradan qaldırılmalıdır. Müstəqil olsaq da xalqlarımız iç-içədir. Bu gün bir-birimizə qız alıb, qız veririk, qohumluq əlaqələrimiz də artır. Ona görə də inanmaq istərdim  ki, viza məsələsi birdəfəlik həllini tapacaq”.

Gununsesi.az Xəbər Portalının baş redaktoru Pərviz Həşimli də hesab edir ki, Azərbaycan öz qardaşlığını ortaya qoymalıdır: “Türkiyə dünyada yeganə dövlətdir ki, Azərbaycanla dostluğunda təmannası yoxdur. Türkiyə dünyanın ən nüfuzlu qurumlarının üzvü kimi hər zaman Azərbaycanın milli maraqlarını qoruyub. Bu gün təssüf doğurur ki, Gürcüstan Türkiyə vətəndaşlarına vizanı qaldırıb amma bizdə bu edilməyib. Türkiyə tərəfindən bu məsələ dəfələrlə qaldırılıb. Sadəcə qardaşlığımız naminə bunu açıq deyil,bağlı qapılar arxasında dilə gətirilər”.

 

Şəbnəm Rəhimova 

Gununsesi.info