Alman şahzadəsi 46 yaşında ərə getdi

  • By admin
  • 08 İyul 2018 23:20

46 yaşlı alman şahzadəsi Stefaniya Sibilla ərə gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Saksen-Koburq-Qot şahzadəsi Andreasın qızı olan Stefaniya 49 yaşlı mühəndis Yan Ştal ilə ailə qurub. Cütlük nikah mərasimindən sonra ənənəni pozmayaraq ağac əkiblər. Sosial şəbəkədə isə Stefaniyanın nikah üçün seçdiyi geyim müzakirə mövzusu olub. Onlar bu geyimi şahzadə üçün uğursuz seçim adlandırıblar.

 Qeyd edək ki, bu, Stefaniyanın ilk nikahı olsa da, Yanın ilk evliliyindən bir oğlu var.