Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş baş tutdu

  • By admin
  • 24 Sentyabr 2019 09:00

ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş baş tutub.

Gununsesi.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində bildirib. 

O, qeyd edib ki, görüş Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) vasitəçiliyi ilə keçirilir.  

Gununsesi.org