Polis məktəblilərin qoluna qandal vurdu və işdən qovuldu

  • By admin
  • 24 Sentyabr 2019 08:29

ABŞ-ın Florida ştatında Dennis Terner adlı polis əməkdaşı ibtidai sinifdə oxuyan iki 6 yaşlı qızı həbs edib.

O, məktəbdə təhlükəsizliyə nəzarət edib və azyaşlıların davranışından xoşu gəlməyib: qızlardan biri dərsdə şıltaqlıb edib və müəllimə təpik atıb.

Terner qızların əlinə qandal vurub sonra isə maşında barmaq izlərini götürüb. Uşaqların valideynləri polisin bu hərəkətlərindən şok olublar. Sən demə qızlardan biri yuxusuzluqdan əziyyət çəkir və buna görə davranışında problemlər var.

Ümumiyyətlə yerli qanunlara görə 12 yaşından aşağı uşaqları həbs etmək qadağandır. Polis departamentinin rəisi Terneri işdən qovub və onun barəsində istintaq aparır.

Gununsesi.org