Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılır

  • Müəllif: admin
  • 06 İyul 2018 12:13

Картинки по запросу İQOR Popov

”Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”.

Gununsesi.info bildirir ki, bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ. Popov deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağ  münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İ. Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.