Azərbaycan və Gürcüstan xarici işlər nazirinin görüşü başlayıb

  • By admin
  • 06 Sentyabr 2017 11:12

elmar-memmedyarov-ve-reshid-meredovunun-gorushu

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Gürcüstan xarici işlər naziri Mixeil Canelidze arasında görüş keçirilir.

Gununsesi.info-nun məlumatına görə, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

Gununsesi.info