Azərbaycan və İran arasında futbol oynu keçiriləcək

  • By admin
  • 19 Oktyabr 2016 11:40
futbol
Azərbaycan və İran arasında futbol matçı keçiriləcək.
Gununsesi.info xəbər verir ki, futbol yarışı Azərbaycan və iran hərbçiləri arasında olacaq və bu oyun sabah Bakıda keçiriləcək.
Bu bir dostluq futbol matçı olacaq və  oyun İranın “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi Bakıya səfəri çərçivəsində  həyata keçiriləcək.
Qeyd edək ki, İranın “Dəmavənd” raket gəmisi və “Covşan” kater gəmisi Bakı buxtasına yan alıb. Bu məqsədlə Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.
Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq.
Onu da əlavə edək ki, İran gəmilərinin Azərbaycana səfəri.ş  Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir.
 
Mürtəza
Gununsesi.info