Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər

  • Müəllif: admin
  • 17 Dekabr 2017 09:30

Azərbaycan və Polşa arasında birbaşa aviareyslər təşkil oluna bilər.

Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu, polşalı turistlərin Azərbaycana böyük maraq göstərməsi ilə əlaqədardır: “Biz Avropa ölkələrindən, xüsusilə də Polşadan olan turistlərin Azərbaycana artan böyük marağını hiss edirik. Ölkələrimiz arasında hətta birbaşa aviareyslər də açılması ehtimalı var. Hazırda bu istiqamətdə danışıqlar gedir və ola bilər ki, artıq yay mövsümündə Bakı ilə Polşanın şəhərləri arasında birbaşa aviareyslər fəaliyyətə başlasın”.

Gununsesi.info