Azərbaycan xalqı Şəhidlər Xiyabanına axın edir – FOTO REPORTAJ

  • By admin
  • 20 Yanvar 2023 18:42

Azərbaycanda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə baş vermiş faciədən 33 il keçir.

 

Gununsesi.info-nun əməkdaşı Şəhidlər Xiyabanından foto reportaj hazırlayıb.

Ayrı-ayrı dövlət qurumlarının rəsmi şəxslərinin, Bakıdan və bölgələrdən gələn sadə vətəndaşların ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı bu gün insan sıxlığı ilə seçilib.

 

 

 

 

 

 

 

Şəhərin Parlament Prospekti ilə kəsişən bəzi yolları və yaxın ərazidə yerləşən küçələrə çıxış bağlanıb.

Çoxsaylı vətəndaşları polislər bölgü ilə Xiyabana buraxıblar.

Qadın, kişi, qoca, uşaq, gənc, xəstə-sağlam demədən vətəndaşlar müqəddəs şəhidlərin ruhuna hörmət olaraq Şəhidlər Xiyabanını ziyarət etməyə gəlirlər.

 

 

 

Əllərinə qərənfil alan ziyarətçilər Sovet tanklaraının qarşısına cəsarətlə çıxaraq müstəqilliyinin təməlini atan bu insanları hörmətlə yad edir.

 

 

 

 

 

 

 

 

 

 

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

 

Arzu Sayadoğlu

Gununsesi.info