“Azərbaycan xarici borclanmaya getməlidir” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 21 Noyabr 2017 12:55

Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir: “Lakin hesab edirəm ki, biz borclanamaya getməliyik. Çünki borc almayan və verməyən ölkəyə kredit verilmir. Ona görə Azərbaycan da xarici borclanmaya getməlidir. Biz xarici borclanmaya getməklə müasit texnoloji avadanlıqlar almalıyıq. Bu olmadan biz iqtisadiyyatı inkişaf etdirə bilmərik”.

O əlavə edib ki, artıq ölkə başçısının tapşırığına əsasən xarici borclanma ilə bağlı xüsusi strategiya hazırlanır: “Bu borclanma bizə iqtisadiyyatımızın daha da inkişafına təkan verəcək. Lakin hər istəyən borc ala bilməyəcək. Çünki bütün borclar ekspertizadan keçəcək.  Lazımsız borclanmaya gedənlər isə məsuliyyətə cəlb olunacaq. Artıq bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də edilib”.

Mürtəza

Gununsesi.info