Azərbaycan XİN: “Roma Papasının sülh çağırışının ünvan sahibi rəsmi İrəvandır”

  • By admin
  • 27 İyun 2016 11:23

xin1

 

 

“Roma Papası Fransiskin İrəvanda birgə bəyanat vasitəsiləDağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi və bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Roma Papası Fransiskin sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi Yerevandır. Ümidvar olmaq istərdik ki, rəsmi İrəvan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaq”, – H.Hacıyev vurğulayıb.

 

Gununsesi.info