Azərbaycana daha bir prezident gəlir - Poroşenko

  • By admin
  • 11 İyul 2016 17:36

pyotr

 

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanda rəsmi səfərdə olacaq. Gununsesi.info Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, səfər iyulun 13-14-də reallaşacaq. Belə ki, səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək. Saytda bildirilir ki, səfər çərçivəsində Ukrayna-Azərbaycan əlaqələrin müxtəlif sahələrdə inkişafına yönəlmiş ikitərəfli sənədlərin imzalanması da gözlənilir.

Səfər proqramına əsasən Ukrayna prezidentinin Azərbaycanın baş naziri Artur Rasizadə və parlamentin spikeri Oqtay Əsədovla görüşü də gözlənilir.

Gülnaz Qənbərli