Azərbaycanda əhalinin sayı açıqlandı: Kişilər qadınlardan azdır

  • By admin
  • 15 Dekabr 2021 17:23

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 31 580 nəfər və ya 0,3% artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

“Əhalinin ümumi sayının 53%-i şəhər, 47%-i kənd sakinləri, 49,9%-i kişilər, 50,1%-i isə qadınlardır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub”, – açıqlamada deyilir.

Gununsesi.info