Azərbaycanda 130 min manatlıq şirkət ləğv olunur

  • By admin
  • 03 Fevral 2021 15:40
Nizamnamə kapitalı 130 min manat olan şirkət ləğv olunduğunu elan edib.
Gununsesi.org xəbər verir ki, 2003-cu ildə yaradılan İNTERMED ASSİST MMC-yə qarşı tələbləri olanlar iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Sabir küçəsi, ev 3 ünvanına müraciət edə bilər.
Şirkətin fəaliyyətu və şirkətin qanuni təmsilçisi Hüseyn Həsən oğlu Həsənovla bağlı internet resurslarında məlumat yoxdur.
Şirkətin hansı səbəbdən ləğv olunduğu bilinmir.

 

Gununsesi.org