
Çexiyanın mətbuat nazirliyi Azərbaycandan ölkələrinə Afrika taunu keçməsi ilə bağlı həyəcan təbili çalıb.
Gununsesi.info Around Pargue-yə istinadən xəbər verir ki, Çexiyanın Səhiyyə Nazirliyi ölkə ərazisində Afrika taunu aşkarlanması barədə xəbərdarlıq edib.
Qurum bildirib ki, virus ev və çöl heyvanları üçün təhlükə yaradıb. Məsələ burasındadır ki, Afirika taununa qarşı heç bir vaksinasiya yoxdur.
İnsanlara keçiriciliyi olmasa da, xəstə heyvanın ətinin istifadəsi təhlükəlidir. Afrika taunu Çexiya ərazisində ilk dəfədir ki, aşkar olunur. Uzun müddətdir ki, Polşa və Litva fermerləri bu xəstəliklə mübarizə aparıblar.
Çex mediasının yazdığı ehtimala görə, Polşa və Litvaya taun Azərbaycandan keçib.
Vüsalə Rüstəmova
Gununsesi.info











