Azərbaycanda avtomobil dərəyə yuvarlandı – Ölən və yaralananlar var

  • By admin
  • 13 Oktyabr 2021 17:26

Oktyabrın 12-də saat 18 radələrində Yevlax rayonunun Varvara kəndi ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Varvara kənd sakini S.Civəzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırıb. Nəticədə avtomobildəki sərnişin Cəfər Səfərov hadisə yerində ölüb. Sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.info