Baş nazirin sabiq müavini Hikmət Hacızadə vəfat etdi

  • By admin
  • 20 Noyabr 2020 11:07

Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib. H.Hacızadə təxminən 10 gün əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları – bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Xatırladaq ki, Hikmət Hacızadə  Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət etsin!

Gununsesi.org