Azərbaycanda broyler şirkətindən 50 min manatlıq OĞURLUQ

  • By admin
  • 21 Sentyabr 2021 15:35

Cəlilabadda oğurluq etmiş şəxslər tutulub.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də “Cəlilabad Broyler” ASC-yə məxsus anbardan 50.000 manat dəyərində 50 ton yem oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.İsmayıllı, V.İsmayıllı və R.Nuriyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info