Azərbaycanda BU GÜNƏ OLAN yoluxma sayı açıqlandı – FOTO

  • By admin
  • 09 Aprel 2021 19:05

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Ölkədə son sutka ərzində 12 692 test aparılıb.

Gununsesi.info