Azərbaycanda daha 3705 nəfər koronavirusa yoluxdu, 42 nəfər öldü

  • By admin
  • 19 Dekabr 2020 15:50

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 199 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 nəfər vəfat edib, aktiv xəstə sayı 61 490 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 test icra olunub.

Gununsesi.info