Azərbaycanda daha 40 nəfər koronavirusdan öldü

  • By admin
  • 04 Sentyabr 2021 18:35

Azərbaycanda koronavirus infeksiyasına 33 305 yeni yoluxma qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.

 

Bu günədək ümumilikdə 439 562 nəfərin koronavirusa yoluxması müəyyən olunub, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 53 052 nəfərdir.

 

Son gündə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

Gununsesi.info