Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

  • By admin
  • 03 Aprel 2021 22:24

Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəb yeni növ koronavirus infeksiyası səbəbindən bağlanılıb.

Gununsesi.info xəbər verir ki, orta məktəbdə çalışan və təhsil alanlar arasında aparılan tibbi yoxlamalar zamanı COVID-19 virusuna yoluxanlara rast gəlindiyi üçün orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Dərslər onlayın şəkildə keçirilir.

Qeyd edək ki, şəhərin 7 saylı Rəşad Mirabov adına orta məktəbdə isə eyni səbəbdən 2 sinif bağlanılıb.

Gununsesi.info