Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu

  • By admin
  • 07 İyul 2020 13:31

“Azad Azərbaycan” Televiziyasının (ATV) bir neçə əməkdaşı koronavirusa yoluxub. 

Gununsesi.org bildirir ki, News24.az-ın məlumatına görə, yoluxanlar arasında televiziyanın baş mühasibi, hüquqşünas, baş operator da var. 

Daha bir neçə əməkdaş isə xəbərlər departamentindəndir. 

Bildirilib ki, xəbərlər departamentində bu virusa yoluxan əməkdaşlar artıq müalicə olunaraq sağalıblar. 

Gununsesi.org